Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Analitiklər daşınan elektronika bazarında kəskin artım haqda proqnoz veriblər
Tayvanın “Market Intelligence and Consulting Institute” (MIC) analitik təşkilatının mütəxəssislərinin proqnozuna görə, yaxın 4 ildə qlobal daşınan elektronika bazarında kəskin artım müşahidə olunacaq.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə bütün dünyada təxminən 13 milyon daşınan cihaz tədarük edilib. Bu günlərdə Tayvanda keçirilən “Computex Taipei 2014” illik sərgisində MIC-in baş analitiki Cessika Xsu deyib ki, cari ildə bu göstərici 34.9 milyonadək artacaq. Bu halda o bildirib ki, 2014-cü ildə daşınan elektronikanın tədarük həcminin 76,7%-ni smart-qolbaq və "ağıllı" saatlar təşkil edəcək.
Proqnoza görə, daha sonra daşınan qurğular bazarının həcmi ildə orta hesabla 62% artacaq, 2018-ci ilədək bu seqmentin həcmi 145,2 milyona çatacaq.
Başqa nüfuzlu analitik şirkətlər də daşınan elektronika bazarında artım haqda məlumat veriblər. Belə ki, “IDC”-nin bu ilin aprelində dərc edilmiş proqnozuna əsasən, 2014-cü ildə istehsalçılar bütün dünyada 19 milyondan çox bu cür qurğu buraxacaqlar ki, bu da ötən ilin göstəricisindən üç dəfə yüksəkdir.
Emil Hüseynov
05/06/14 Çap et