“Samsung” və “InterDigital” patent sazişi imzalayıblar
Simsiz rabitə seqmentində araşdırmalarla və texnoloji yeniliklərin hazırlanması ilə məşğul olan “InterDigital” şirkəti “Samsung” şirkəti ilə patent sazişi imzalayıb.
“ICTnews” xəbər xidmətinin “
www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu saziş iki şirkət arasında məhkəmə çəkişmələrinə son qoyacaq.
Müqavilənin şərtlərinə əsasən, “Samsung” müəllif ödənişləri ödəyəcək. “InterDigital” şirkətinin rəhbəri Uilyam Merrit bu sazişin onun şirkətinin uzunmüddətli konsepsiyasının və patentlərin lisenziyalaşma prosesinin effektiv və səmərəli diskussiyalara gətirib çıxaracağının və mübahisələrin ədalətli həllinin göstəricisidir.
Xatırladaq ki, “InterDigital” ABŞ-da 2013-cü ildə məhkəmə iddiası ilə çıxış edib, sonra isə Beynəlxalq ticarət komissiyasına “Samsung” mallarının idxalına qadağa qoymaqla bağlı ərizə ilə müraciət edib. Şirkət artıq “Apple” və “BlackBerry” ilə sazişlər bağlayıb.
Aynur Vəliyeva