Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android” platforması ilə işləyən qurğuların 13,6%-i son versiya ilə işləyir
ABŞ-ın “Google” şirkəti hər ay öz mobil əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlığı ilə bağlı statistika dərc edir. Yayın əvvəlində “Android”in ən son modifikasiyasının bazar payı ilk dəfə 10%-i ötüb.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Google”un məlumatına görə, 4 iyun 2014-cü il tarixində “4.4 KitKat” modifikasiyası “Android” platforması ilə işləyən qurğuların 13.6%-nə quraşdırılıb. Mayda müvafiq göstərici 8,5%, apreldə isə 5,3% təşkil edib. Bu platformanın populyarlaşması bir neçə qabaqcıl smartfonun buraxılması ilə izah olunur.
“Android Jelly Bean” (4.1, 4.2 və 4.3) versiyasının bazar payı azalaraq 58,4% olub. “Ice Cream Sandwich” versiyasında bu göstərici 13,4%-dən 12,3%-dək, “Gingerbread” versiyasında 16,2%-dən 14,9%-dək azalıb.
Emil Hüseynov
05/06/14 Çap et