Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət qeydiyyatından keçməyən müxtəlif növ radioelektron vasitələrin sayı açıqlanıb
Bu ilin yanvar-may ayları ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 159 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlayıb.
İdarədən verilən məlumata görə, mütəxəssislər ümumilikdə 295 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə texniki baxış keçirib və müvafiq qaydada aktlar tərtib ediblər.
Texniki baxış zamanı aşkarlanan 159 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ REV-dən 54 ədədi möhürlənib, 59 ədədi qeydiyyata salınıb, qalan 46 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Qeyd edək ki, dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 9 ədəd protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
CAHANGİR
06/06/14 Çap et