Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“DARPA” avtomatlaşdırılmış kibermühafizə sistemlərinin yaradılması üçün müsabiqə elan edib


ABŞ Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) yeni avtomatlaşdırılmış kibermühafizə sistemlərinin yaradılması üçün “Cyber Grand Challenge” müsabiqəsini elan edib. Müsabiqədə 30 komandanın iştirakı gözlənilir.

“DARPA” nümayəndələrinin bildirdiyinə görə, müasir şəbəkə təhlükəsizliyi sistemləri həmişə adekvat işləmir, bəzən boşluqların aşkar olunması üçün proqramçıların iştirakı tələb olunur və çox vaxt sistemdəki boşluqlar hakerlərin müdaxiləsindən sonra aşkarlanır. Həmçinin “Əşyalar interneti”nin (Internet of Things, IoT) inkişafı ilə risklər durmadan artır.

Hücumların daim artması və şaxələndirilməsi şəraitində onlara qarşı müqavimət üçün yeganə effektiv üsul yalnız tam avtomatlaşdırılmış sistem ola bilər. “Cyber Grand Challenge” zamanı müstəsna olaraq boşluq və təhdidlərin axtarışı üzrə kompüterlərin işi sınaqdan keçiriləcək. “DARPA” müsabiqə iştirakçıları üçün “Linux” sistemində açıq proqram buraxıb.

Final mərhələsi “Defcon 2016” konfransında keçiriləcək müsabiqənin qalibi 2 milyon, ikinci yeri tutan 1 milyon, üçüncü yerin sahibi 750 min dollar məbləğində pul mükafatı alacaq, - "IT Expert www.itexpert.org.ua” yazır.
 




06/06/14    Çap et