Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gənc pedaqoqlara internet resurslarından effektiv istifadənin yolları öyrədilir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc pedaqoqların İnternet resurslarından effektiv istifadəsinə yardım” layihəsi həyata keçirilir.
Adıçəkilən fonddan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, layihə çərçivəsində İsmayıllı rayonunda 2 gün rayonun gənc müəllimləri üçün təlim keçirilib. Təlimlər zamanı gənclər internetin imkanlarından daha səmərəli istifadə yolları, iş saytları, uğurlu karyera haqqında dəyərli məlumatlar alıblar.
“Təlimlər interaktiv mühitdə reallaşdırılıb. Gənclərə Veb 2.0 texnologiyaları, internet resursları, yerli və beynəlxalq müsabiqələrdə iştirak, İKT əsaslı, interaktiv dərs mühitinin qurulması haqqında ətraflı bilgilər verilib. Eyni zamanda, treninq iştirakçılarına mövzu ilə bağlı müxtəlif elektron və çap materialları paylanılıb. Sonda
iştirakçılara diplomlar təqdim edilib” – deyə fonddan bildirilib.
SEYMUR
06/06/14 Çap et