“Sprint” şirkəti “T-Mobile” şirkətinin biznesi üçün 32 milyard dollar təklif edib
Amerikanın “Sprint” telekommunikasiya şirkəti, demək olar ki, rəqibi “T-Mobile” şirkətini 32 milyard dollara almaqla bağlı razılaşma əldə edib.
“ICTnews” xəbər xidmətinin “
www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Sprint” şirkəti “T-Mobile” şirkətini almaq üçün 32 milyard dollarlıq səhmlərini təqdim edəcək, qalanını isə pulla ödəyəcək. Nəticədə birləşmiş “Sprint”in səhmlərinin 15%-i Almaniyanın “Deutsche Telecom” şirkətinə, qalan 67% isə “T-Mobile”-a məxsus olacaq. Şirkətlər arasında razılaşmanın əldə edilməsi iyul ayından gec elan edilməyəcək.
Ehtimal edilir ki, AВŞ-ın Antiinhisar İdarəsi bu sazişə qarşı çıxacaq, çünki nəticədə amerikalıların operator seçimi məhdudlaşacaq. Amerika bazarında “Sprint” və “T-Mobile” şirkətləri bazarın liderləri olan “AT&T” və “Verizon Communications”dan sonra üçüncü və dördüncü yerləri tuturlar.
Sazişin bağlanmasına qadağa qoyulduğu halda “Sprint” şirkəti “T-Mobile” şirkətinə 1 milyard dollar ödəməli olacaq. Bu məbləği “Sprint”in sahibi Yaponiyanın “Softbank”ı təklif edir. Lakin “Deutsche Telecom” isə 3 milyard dollar məbləğini tələb edir.
“Sprint” və “T-Mobile” eyni zamanda gələcəkdə mobil rabitə üçün radiotezliklər üzrə auksionlarda iştirak etmək məqsədi ilə birgə müəssisə yaratmaq imkanını nəzərdən keçirirlər.
Aynur Vəliyeva