Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonların ekranı daha elastik və möhkəm olacaq


Məlumdur ki, smartfon beton səth üzərinə düşdükdə cihazın ekranı zədələnə bilər. ABŞ alimlərinin yeni həlli bu problemi aradan qaldıracaq.
 
“ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, Akron Universitetində işləyən alimlərin həlli nəticəsində mobil qurğuların ekranı daha elastik və möhkəm olacaq. Müasir smartfonlarda indium-qalay oksidi örtüyünə malik ekranlar tətbiq edilir. İndium-qalay oksidi zərbəyə bir o qədər davamlı deyil, lakin onun qiyməti getdikcə artır.
 
“Phonearena” resursu yazır ki, Аkron Universitetində sınaqdan keçirilmiş material 1000 zərbədən sonra öz formasını və möhkəmliyini saxlamaq qabiliyyətinə malikdir. Bu material indium-qalay oksidindən şəffafdır.
 
Yeni material dəfələrlə sınaqdan keçirilsə də, hələ  yoxlanılır.
 
Emil Hüseynov




09/06/14    Çap et