Alimlər DVD disklərdən imtina etməyə çağırır
Lourens adına Milli Laboratoriya və ABŞ Şimal-Qərb Universitetinin alimləri DVD disklərdən imtina və “Streaming” texnologiyalı servislərə keçidin atmosferə "CO2” tullantılarını xeyli azaltmağa imkan verəcəyi qənaətinə gəliblər.
Tədqiqatçıların hesablamalarına görə, 2011-ci ildə ABŞ-da DVD-dən tam imtina karbon qazı tullantılarını 2 milyard ton azalda bilərdi.
Bundan əlavə, 30 “petacoul” elektrik enerjisinə qənaət etmək olar ki, bu da ABŞ-da 200 min ev təsərrüfatını enerji ilə təmin etməyə kifayət edir. Alimlər məlumatların saxlanılması və onların abunəçi qurğusuna ötürülməsi, DVD-nin istehsal dəyəri və onun satış nöqtələrinə tədarükü üçün xərcləri və digər amilləri nəzərə alıblar.
Qeyd olunur ki, “Streaming” video çoxlu fiziki daşıyıcılardan imtina üçün deyil, həm də kontentə baxmaq üçün müasir qurğulardan istifadə sayəsində daha qənaətcildir. Eyni zamanda DVD-dən imtinanın faiz nisbətinə təsirini müqayisə etsək və bütün faktları nəzərə alsaq, elektrik enerjisinə qənaət və “CO2” tullantılarının azalması çox da böyük görünmür.
“Tərəfimizdən aparılan araşdırma məlumatların ötürülməsi üçün daha müasir və enerjiyə qənaətcil üsulların hazırlanmasını vacib edib”, - "Onliner
www.onliner.by” yazır.