Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Inmarsat” 2017-ci ildən Avropada təyyarələri internetlə təmin edəcəyinə söz verib
“Inmarsat” telekommunikasiya şirkəti Avropa ərazisi üzərindən uçuşları həyata keçirən təyyarələrdə genişzolaqlı internetə çıxış reallaşdırmaq planları barədə məlumat verib.
“ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, layihənin həyata keçirilməsi üçün S-diapazonunda işləyən yeni “Europasat” rabitə peykinin buraxılması planlaşdırılır. Yeni aviasiya şəbəkəsinin kommersiya və biznes reys sərnişinlərini yüksəksürətli internet çıxışı ilə təmin edəcək.
İlkin xərclərin azaldılması məqsədilə peyk “Hellas-Sat” ilə əməkdaşlıq çərçivəsində istifadəyə veriləcək. Tərəfdaşlardan hər biri vahid peykdə bir-birindən asılı olmayaraq fəaliyyət göstərəcək avadanlıqlarını yerləşdirə bilər. Aparatın istehsalı ilə “Thales Alenia Space” şirkəti məşğul olacaq. Peykin buraxılışı 2016-cı ilə planlaşdırılıb. Xidmət 2017-ci ildə tam işinə başlayacaq.
Emil Hüseynov
09/06/14 Çap et