“iPhone 6” smartfonunun korpusunun şəkilləri nəşr edilib
Qlobal şəbəkədə Fransanın "Nowhereelse.fr" bloqunda yenilənmiş "iPhone 6"-nın korpusunun şəkilləri təqdim edilib.
"ICTnews" xəbər xidmətinin "
www.cnews.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu şəkilləri nəzərdən keçirərək demək olar ki, qurğu artırılmış diaqonallı displeyə malik olacaq, o, daha nazik olacaq, yeni işıqlandırma ilə təchiz ediləcək.
Bundan başqa, şəkillərə nəzər saldıqda məlum olur ki, alma loqotipi açıq dəlikdir. Ehtimal edilir ki, hazır aparatda bu dəlik şəffaf plastiklə bağlanacaq. "iPhone 6"-nın loqotipi yəqin ki, "Apple MacBook Pro" və "MacBook Air"dəki kimi işıqlandırılacaq və zəng və ya SMS daxil olduqda aktivləşəcək. Bununla yanaşı, yeni modeldə bir neçə ayrı yeniliklərin də olacağı gözlənilir.
Aynur Vəliyeva