Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sony” oyun konsolları bazarında liderə çevrilir
Son 8 ildə “Sony” şirkəti ilk dəfə oyun konsollarının satış həcminə görə iki əsas rəqibini geridə qoyaraq oyun konsolları müharibəsində qalib gəlməyə başlayıb. Bütün bu vaxt ərzində Yaponiyanın “Nintendo” korporasiyası lider olub. “PlayStation 4” oyun konsolunun çıxarılmasından sonra yapon korporasiyası geriləyib.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Sony” şirkəti maliyyə ilində 18,7 milyon konsol satıb. Bu göstəricinin 7 milyonu “PS4” oyun konsolunun payına düşür. “Nintendo” şirkətində bu göstərici 16,3 milyon təşkil edir. “Microsoft” şirkəti 11,6 milyon “Xbox” oyun konsolu göstəricisi ilə ilk üçlükdə qərarlaşıb.
Emil Hüseynov
09/06/14 Çap et