“Viber” messencerinin istifadəçilərinin sayı 100 milyona çatıb
Pulsuz mesaj və zənglər üçün nəzərdə tutulan “Viber” messencerinin 100 milyon istifadəçisi var.
“ICTnews” xəbər xidmətinin “
www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, bu gün “Viber” kompüter üçün müştəri xidmətini təqdim edib.
Bu xidmətdə videozənglərin keyfiyyəti düzəlib və bir sıra digər yenilənmələr təqdim edilib ki, bu da “Viber”in işini yaxşılaşdırıb. Yeni müştəri xidmətində servisin mobil versiyasında mövcud olan stikerlərin mübadiləsi mümkündür.
“Viber”in “Windows” və “OS X” əməliyyat sistemləri üçün desktop versiyası 2013-cü ilin may ayında yaradılıb. “Viber” “Skype”ın birbaşa rəqibinə çevrilib. Bu ilin fevral ayında “Viber”də 280 milyon istifadəçi qeydə alınıb ki, onlardan 100 milyonu ayda ən az bir dəfə messencerə müraciət ediblər. “Skype” auditoriyası 300 milyona yaxın istifadəçi təşkil edir.
Qeyd edək ki, məlumatların və pulsuz zənglərin mübadiləsi üçün nəzərdə tutulmuş “Viber” əlavəsi İsrail sahibkarları və Belarus tərtibatçıları tərəfindən 2010-cu ildə yaradılıb. Bu ilin yanvar ayında Yaponiyanın “Rakuten” elektron şirkəti “Viber”i 900 milyon dollara satın alıb.
Aynur Vəliyeva