Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple”ın səhmlərinin qiyməti 7 dəfə "ucuzlaşıb"
9 iyun 2014-cü il tarixində "Apple" korporasiyası 10 ildə ilk dəfə səhmlərin hissələrə ayrılması prosedurunu keçirib. Əgər ötən cümə günü "alma" şirkətinin bir səhmi 645,6 dollara idisə, hazırda bu məbləğ 92,5 dollar təşkil edir.
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Apple" şirkətinin bazar kapitallaşdırması əvvəlki kimi 558 milyard dollar səviyyəsində olub. Şirkətin səhmlərinin ümumi sayı 12 milyardı ötüb.
Emil Hüseynov
10/06/14 Çap et