Yaponiya şirkəti 2015-ci ildə ekzoskeletlərin satışına başlayacaq
Yaponiyanın “Panasonic” şirkəti insana ağır yükləri asanlıqla qaldırmağa imkan verən ekzoskelet qurğularının kommersiya satışına başlamağı planlaşdırır. Bu barədə Yaponiya KİV-i yazıb.
"Power Loader” ekzoskeleti möhkəm kənar karkasla təmin olunan kostyumdur. Mərkəzi kompüter insanın əl-ayağına bərkidilərək elastik plankaları dəstəkləyən elementləri, eləcə də xüsusi manipulyator əlləri idarə edir. Bütün bunlar kompleks şəkildə dayaq-hərəkət aparatı funksiyasını yerinə yetirir, əzələdə ağırlığı azaldır və insanın gücünü artırır. Ekzoskelet istifadəçisi çəkisi 100 kiloqramadək olan yükü asanlıqla qaldıra və onu 8 km/saat sürətində apara bilər. Bundan başqa, şirkət skeletin yükqaldırma qabiliyyətini 40 kiloqramla məhdudlaşdıran sadələşdirilmiş modelini hazırlayıb.
Ondan tibbi klinika işçilərinin yataq xəstəsi olan xəstələrin çarpayıdan xərəklə aparılması prosesini sadələşdirmək üçün istifadə edəcəkləri nəzərdə tutulur. Ekzoskeletlərin qiyməti 5-7 min dollar təşkil edəcək.
“Panasonic” nümayəndələri güman edirlər ki, bir müddət sonra onların icad etdikləri qurğuya sənaye və tikinti sahələrində böyük tələbat olacaq. Həmçinin qeyd olunur ki, ekzoskeletdən hətta radiasiya mühafizə kostyumunda istifadə etmək olar və bu səbəbdən ondan “Fukusima-1” AES-də baş vermiş qəzanın nəticələrini aradan qaldıran mütəxəssislər istifadə edə bilər.
Hazırda isə “Power Loader”in əsasında kosmik skafandrın yaradılmasının mümkünlüyü tədqiq edilir, - “İTAR-TASS
www.itar-tass.com” yazır.