Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ alimləri məlumat mübadiləsində ələ keçirilməni istisna edən üsul təklif ediblər


ABŞ alimlər qrupu optik-lif şəbəkəsi ilə məlumat mübadiləsində ələ keçirilməni istisna edən üsul təklif edib.

Fazaimpuls modulyasiyasına əsaslanan üsul kodlaşdırılmış məlumatın məzmunu ilə yanaşı, onun ötürülmə faktını da gizlətməyə imkan verir. Mütəxəssislər xüsusilə ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən istifadə olunan ən müasir dinləmə aparatlarının belə kontaktları fon maneələrindən fərqləndirə bilməməsini hesablamağa nail olublar.


Bu üsuldan həmçinin mobil telefonlardan mətnli məlumatların qəbulu və ötürülməsi üçün istifadə etmək olar. Çünki bunun üçün istifadə edilən mikrodalğalar elektromaqnit spektrin ən səs-küylü hissəsidir.  

Layihə Massaçusets Texnoloji İnstitutu və “Raytheon BBN Technologies” şirkətinin tədqiqatçıları tərəfindən həyata keçirilib, - “İTAR-TASS www.itar-tass.com” yazır. 






10/06/14    Çap et