Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” satın ala bilmədiyi şirkətə rəqib oldu


Bir neçə ölkədə iyunun 9-dan 10-a keçən gecə “App Store”da “Slingshot” əlavəsi peyda olub.
 
“ICTNews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “Facebook”un video və təsvirlərin mübadiləsi üçün nəzərdə tutulmuş bu servisi məşhur “Snapchat” əlavəsinə oxşayır.
 
“Slingshot” istifadəçiləri bir-birinə foto və videokontent göndərə bilərlər. “Snapchat”dan fərqli olaraq “Slingshot” istifadəçiləri dostları tərəfindən göndərilmiş məlumatla tanış olmaq üçün öz kontentlərini paylaşmalıdırlar. Ehtimal edilir ki, bu qaydanın əsas məqsədi servisin virus kimi yayılmasının təmin edilməsidir.
 
“Slingshot”da, “Snapchat”dan fərqli olaraq, istifadəçilər göndərilmiş foto və videonu bölüşmək imkanı əldə edəcəklər və bundan bir neçə saniyə keçdikdən sonra onlar silinəcək.

“Slingshot” servisi “App Store”da təqdim edildikdən bir müddət sonra oradan götürülüb.
“Facebook”un nümayəndələri bildiriblər ki, onlar “təsadüfən” əlavəni vaxtından öncə sayta qoyublar və onu bir müddət sonra yükləmək mümkün olacaq.

“Facebook” artıq 2012-ci ildə “Snapchat”ın “kloun”unu yaradıb. Əlavə “Poke” adlanıb  və böyük populyarlıq qazanmayıb. Bu ilin may ayında şirkət onu “App Store”dan ləğv edib.
Ötən il “Facebook” sosial şəbəkəsi “Snapchat”ı 3 milyard dollara almaq istəyib, lakin servisin yaradıcısı Evan Şpiqel bu təklifi qəbul etməyib.
 
“Google” axtarış sistemi də servisi 4 milyard dollara almaq cəhdi göstərib və mətbuatda bildirilib ki, bu şirkətin də təklifi qəbul edilməyib.
 
Aynur Vəliyeva
 




10/06/14    Çap et