Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponlar SİM kartları telefon əvəzinə qolbaqlara quraşdırmağı təklif ediblər
Yaponiyanın “NTT Docomo” şirkəti SİM kartın telefona "bağlı" olması ilə bağlı baxışı dəyişdirməyi təklif edib. İstehsalçıların nümayiş etdirdikləri miniatür “Portable SIM” qurğusu nəticəsində tezliklə smartfon və planşetlərə SİM kart quraşdırılmayacaq.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Portable SIM” kredit kartı ölçüsündədir. Qurğuda “Bluetooth” və “NFC” modulları, həmçinin SİM kart üçün konnektor var. Simsiz rabitə vasitəsi ilə smartfonla əlaqə yaradıldıqdan sonra kart operatorun şəbəkəsində autentifikasiya olur – telefonun köməyi ilə zəng etmək və internetdə “gəzişmək” olar, hərçənd ki SİM kart telefonda deyil, “Portable SIM” qurğusunda yerləşir.
Təhlükəsizlik baxımından qurğular arasında “Bluetooth” qoşulma qırılan kimi mobil funksional da bloklanır.
Şirkət “Portable SIM” qurğusunun çıxarılma tarixi və qiyməti haqda məlumat verməyib.
Emil Hüseynov
10/06/14 Çap et