Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” şəxsi ödəniş sistemini işə salıb


“Reuters” agentliyinin yaydığı məlumata əsasən, ABŞ-ın “Amazon” şirkəti internetdə “Amazon Payments” şəxsi ödəniş sistemini işə salıb.
 
“PayPal”ın rəqibi olan xidmət hesabları ödəməyə, jurnal və qəzetlərə abunə haqqını ödəməyə, pulköçürmələrini göndərməyə, internet üzərindən mobil rabitə, məhsul və xidmətlərin haqqını ödəməyə imkan verir.
 
“ICTnews" elektron xəbər xidməti “1prime.ru” saytına istinadən bildirir ki, internet mağaza və xidmətlərdən toplanılacaq. Amazon komissiyası aylıq dövriyyədən asılı olaraq bir əməliyyata görə 1,9-dan 2,9%-dək, üstəgəl 30 sent təşkil edəcək. 10 dollardan aşağı ödənişlər üçün tutulan komissiya 5%, üstəgəl 5 sent təşkil edəcək.
 
“Amazon” dünyanın ən böyük onlayn pərakəndə satış şirkətidir. Şirkətin Braziliya, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya və başqa ölkələrdə filialları var, həmçinin dünyanın 61 ölkəsinə məhsul tədarük edir.
 
Emil Hüseynov
 




11/06/14    Çap et