Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qasırğa Gəncənin rabitə sisteminə ziyan vurmayıb


Dünən axşam radələrində Gəncədə müşahidə edilən güclü külək və normadan artıq düşən yağış şəhərin rabitə sisteminə ciddi ziyan vurmayıb.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Gəncə Telekommunikasiya Qovşağının rəisi Əbülfəz Orucov məlumat verib.
 
O bildirib ki, ötən gecə yaşanan güclü küləklə bağlı hazırda şəhərin bütün rabitə xətləri yoxlanılır:
 
 "Biz gecədən səhərə qədər idarədə olmuşuq ki, hansısa hadisə baş verəcəyi təqdirdə onu dərhal aradan qaldıraq. Hələlik bu dəqiqələrə qədər rabitə xətlərində hər hansı bir qəza qeydə alınmayıb. Şəhər sakinlərindən də küləklə əlaqədar müraciət edən olmayıb. Bununla belə, TKQ-nin əməkdaşları əraziyə çıxaraq bütün şəhəri yoxlayırlar. Məndə olan məlumata görə, şəhər üzrə nə dirəklərin aşması müşahidə edilib, nə də xətlərin qırılması. Yəqin ki, bir neçə saata bununla bağlı tam məlumat vermək olar. Əməkdaşlarımız əraziyə baxışı başa vurduqdan sonra ziyanın olub-olmadığını deyə bilərik".
 
 
SEYMUR




11/06/14    Çap et