Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” smartfonu üçün “Skype” yenidən hazırlanacaq


“iPhone” smartfonları üçün “Skype” tətbiqi yenilənəcək. Proqram içliyi və interfeys yenidən yazılacaq. Bu haqda “Microsoft”un bloqunda məlumat verilib.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, şirkət rəsmiləri bildirib ki, "iPhone" smartfonları üçün “Skype” tətbiqi indiki ilə müqayisədə 5 dəfə daha sürətli işləyəcək. Yenilənmiş tətbiqdə ekranlar arasında keçid olacaq, bildirişlər isə müxtəlif platformalar arasında sürətlə sinxronlaşdırılacaq. Belə ki, siz mesajı kompüterdə açdıqda, “Apple”ın smartfonunda da oxunmuş kimi göstərilir.
 
Həmçinin internetdə olmayan həmsöhbətinizə mesaj göndərdikdə, istifadəçi internetə daxil olduqda mesaj avtomatik ona göndəriləcək. Bundan başqa, "ayfonov" sahibləri əsas ekrandan qrup çatlarını yarada biləcəklər.
 
“iPhone” üçün yeni tətbiq hələ ki əlçatmazdır. “Microsoft” korporasiyasından bildirilib ki, tətbiq təxminən bir həftə ərzində əlçatan olacaq.
 
Emil Hüseynov
 
 
 




11/06/14    Çap et