Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya ediləcək informasiya sistemlərinin dairəsinə yenisi əlavə olunub


Azərbaycan  Nazirlər Kabineti 2012-ci il 24 dekabr tarixli 318 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”ndə dəyişiklik edib.
 
“ICTnews” elektron xəbər xidmətinin NK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nə 35-ci hissə əlavə edilib.
 
Sözügedən hissə Nəqliyyat Nazirliyi tərəfindən yaradılan və aparılan avtomobil yollarının vahid dövlət reyestrini ehtiva edir.
 
CAHANGİR




11/06/14    Çap et