Kompüter oyunları üzrə 6-cı dünya çempionatının rəsmi oyun siyahısı genişləndirilib və mükafatların məbləği açıqlanıb
Bu ilin noyabr ayında Bakıda keçiriləcək Kompüter oyunları üzrə 6-cı dünya çempionatının (6th e-Sports World Championship BAKU 2014) rəsmi oyun siyahısı genişləndirilib.
“ICTnews” xəbər xidmətinin Beynəlxalq Kiberidman Federasiyasının (IeSF) rəsmi məlumatına istinadən verdiyi məlumata əsasən, çempionatın oyun siyahısına daha iki oyun əlavə edilib:
-
“ULTRA STREET FIGHTER IV (CAPCOM)” — kişilər arasında individual oyun
-
“HEARTHSTONE (BLIZZARD)” — kişilər arasında individual oyun
Beləliklə, hazırkı rəsmi oyun siyahısı aşağıdakı kimi görünür:
Kişilər:
a. “DOTA 2” (Komanda ilə),
b. “STARCRAFT II” (İndividual)
c. “ULTRA STREET FIGHTER IV” (İndividual)
d. “HEARTHSTONE” (İndividual)
Qadınlar
-
”STARCRAFT II” (İndividual)
-
“TEKKEN TAG TOURNAMENT” 2 (İndividual)
Bu il çempionatda “IeSF”-in tarixində ən yüksək məbləğdə mükafatlar veriləcək — 100 min dollar. Ən böyük mükafatı DOTA komanda oyununun qalibləri alacaq - 50 min dollar. Bundan başqa, yenilənmiş qaydalar əsasən ilk birinci yerləri tutan ölkələrin komandalarına əlavə mükafatlar veriləcək.
Aynur Vəliyeva