Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil qurğuların istehsalında zərərli tullantıların həcmi üçdə bir dəfə artacaq


2019-cu ilədək mobil qurğuların istehsalından zərərli tullantılar atmosferə 115 milyon istixana qazının buraxılmasına səbəb olacaq ki, bu da cari ilin nəticəsindən 30 faiz çoxdur. Qeyd olunan həcm 60 il ərzində Hisrou hava limanına enən və qalxan təyyarələrdən atmosferə buraxılan zərərli maddələrin həcminə və ya dünyada 22,6 milyon avtomobilin hər il buraxdığı qaza bərabərdir. Bu barədə “Juniper Research” analitik şirkətinin hesabatında deyilir.

Analitiklərin sözlərinə görə, mobil elektronika istehsalçıları karbon tullantılarının azaldılması sahəsində böyük irəliləyişə nail olsalar da, ekoloji təhlükəsizlik onlar üçün prioritet deyil və bu səbəbdən istehsalçıların əməkdaşlıq etdiyi tədarükçülər ona diqqət yetirmir.

Ekspertlər qeyd edirlər ki, kompüter və digər elektron məhsul istehsalçıları ətraf mühitə yalnız 5 faiz zərər vurur. Ətraf mühitə daha çox zərəri kontraktlı tərəfdaşlar və tədarükçülər vurur. Buna görə ekologiyaya qayğı üçün sahə çərçivəsində bütün kanal iştirakçılarının işinə düzəlişlər etmək lazımdır.

Mütəxəssislər istehsalçılara məhsullar üçün komplekt hissələrin hansı şəraitdə buraxılmasına diqqət yetirməyi tövsiyə edirlər. "Juniper Research”in hesablamasına əsasən, komponent tədarükçüləri bərpa olunan enerji mənbələrindən istifadə etməklə istehsalın effektivliyini artıra bilsələr, istixana qazlarının 18,8 meqaton həcmində azaldılmasına nail olmaq mümkündür.

2014-cü ilin fevralında ABŞ-ın Ətraf Mühitin Mühafizəsi İdarəsi (Environmental Protection Agency - EPA) ən “yaşıl” texnoloji şirkətlərin siyahısını açıqlayıb. Siyahıya görə, ekologiyanın qayğısına daha çox ildə bərpa olunan mənbələrdən (günəş, külək və s.) 3,1 milyard kVt/saat enerji hasil edən “Intel” şirkəti qalır. Liderlər üçlüyünə həmçinin "Microsoft” və “Google” şirkətləri daxil olub. Ətraf mühitin qayğısına qaldığına görə dəfələrlə mükafata layiq görülən “Apple” şirkəti “EPA”-nın siyahısında dördüncü yerdə qərarlaşıb.

Əvvəllər “Greenpeace” təşkilatı “Apple”ın ekoloji sahədə xidmətlərini təqdir etsə də, bir neçə dəfə şirkətin ekologiyaya zərər vuran obyektlərinə diqqəti cəlb etmək üçün aksiyalar təşkil edib, - "DailyComm www.dailycomm.ru” yazır. 




11/06/14    Çap et