Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Dövlət Radiotezliklər İdarəsi Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlaşır


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi  Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlaşır.
 
DRİ-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, beynəlxalq tədbirə  hazırlıq çərçivəsində tezliklərin maneəsiz işləməsi üçün avadanlıqların alınması ilə bağlı bu sahədə dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır.
 
“I Avropa Oyunlarının Təşkilat Komitəsi ilə razılaşdırılmış plana əsasən radiomonitorinq, mobil radiomonitorinq və test sınaq avadanlıqlarının alınması gözlənilir. Bu avadanlıqların alınmasında əsas məqsəd ölkədə keçiriləcək Avropa Oyunları çərçivəsində gətirilən avadanlıqları yoxlamaq və işləməyən, qəbul olunan standartlara cavab verməyən avadanlıqların ölkəyə gətirilməsinə imkan verməməkdir”, - deyə DRİ-də bildiriblər.
 
Yaxın zamanda dövlət büdcəsindən bu planların reallaşdırılması üçün tələb olunan vəsaitin ayrılması və il ərzində tələb olunan avadanlıqların alınması gözlənilir.
 
Aynur Vəliyeva




11/06/14    Çap et