Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” smartfonunun satış həcmi gözləniləndən daha yaxşı satılır


“Business Insider” nəşri yazır ki, 2014-cü ilin ikinci rübündə “iPhone” smartfonunun satış həcmi analitiklərin gözləntilərindən daha yaxşı olacaq.

“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Morgan Stanley AlphaWise Smartphone Tracker” alətinin köməyi ilə əldə olunmuş hesabatdan bu nəticə çıxarılıb.
 
“Morgan Stanley” şirkətinin analitiki Keti Xyuberti deyir ki, “AlphaWise Smartphone Tracker” ikinci rübdə 39 milyon “iPhone”  satışını proqnozlaşdırır.
 
Emil Hüseynov




11/06/14    Çap et