Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Üçüncü nəsil “iPad” planşeti 2012-ci ilin əvvəlində təqdim edəcək
“Apple”, üçüncü nəsil “iPad” planşetini 2012-ci ilin birinci rübündə təqdim edəcək. Bu barədə veb-mənbələrə istinadən “Wall Street Journal” məlumat yayıb. Qeyri-rəsmi informasiyaya görə, üçüncü nəsil “iPad” planşeti “QXGA” (2048×1536 piksel) kəskinlikli ekrana malik olacaq.
Bu isə “iPad 2” ekranı (1024×768 nöqtə) ilə müqayisədə 4 dəfə üstündür. “QXGA” ekranların ölçüsü müasir "Aypad"larda olduğu kimi, yəni 9,7 düym olacaq.
2011-ci ilə “iPad” satışlarının 35-36 milyona çatacağı gözlənilir, planşet bazarının ümumi həcmi isə 54 milyon təşkil edəcək ki, bu da keçən illə müqayisədə 3 dəfə artım deməkdir.
22/08/11 Çap et