Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi Technology” və “Coolpad” dünya smartfon istehsalçılarının ilk beşliyində


“Digitimes Research” ekspertləri bildiriblər ki, qlobal smartfon bazarında “Samsung Electronics” və “Apple” şirkətləri liderlik edir. Onların qiymətləndirməsinə görə, 2014-cü ilin birinci rübündə ABŞ və Cənubi Koreya nəhəngləri "ağıllı" telefonların qlobal tədarük həcminin 50%-ni təmin ediblər. Bu göstərici üzrə üçüncü yerdə “LG Electronics”, dördüncü və beşinci yerlərdə isə “Xiaomi Technology” və “Coolpad” şirkətləri qərarlaşıb.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklər bildiriblər ki, “Xiaomi” şirkəti ötən rübdə yüksək artım tempi nümayiş etdirib və bunun sayəsində “Digitimes Research” reytinqində dördüncü olub. “Coolpad” şirkətinə gəlincə, mütəxəssislərin fikrincə, “4G” smartfon seqmentinə daha erkən köklənmə bu nəticəyə səbəb olub.
 
Tədqiqatda dünya smartfon istehsalçılarının TOP-5-də olmayan bir neçə şirkətin adı da xatırlanıb. Onlardan biri müəyyən bazarlara hesablanmış yeni modellərinin buraxılmasına baxmayaraq mövqeyini itirməyə davam edən “BlackBerry” şirkətidir.
 
Analitiklər hesab edirlər ki,  məhsulun texniki xarakteristika və qiyməti arasında uyğunsuzluq “BlackBerry”nin tənəzzülünə səbəb kimi göstərilə bilər.
 
Emil Hüseynov




11/06/14    Çap et