Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Radiovasitələrin yoxlanılması üzrə laboratoriyanın yaradılması planlaşdırılır
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsi (DRİ) radiovasitələrin yoxlanılması üzrə laboratoriyanın yaradılmasını planlaşdırır.
DRİ-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, artıq idarənin mütəxəssisləri Türkiyə və Ukraynada yaradılmış laboratoriyaların işi ilə tanış olub.
“ Laboratoriyanın yaradılması ilə bağlı təkliflər təqdim edilib. Dövlət büdcəsindən layihənin reallaşdırılması üçün ayrılan vəsaitdən asılı olaraq biz yüksək tezliklərlə işləyən ən son texnologiyalar əsasında qurulmuş laboratoriya yaratmağa hazırıq”, - deyə DRİ-dən bildiriblər.
Qeyd edək ki, ölkələrin daxili tələblərindən asılı olaraq bu tip laboratoriyaların yaradılması layihələrinin həyata keçirilməsi onlarla milyon avroya başa gəlir.
Aynur Vəliyeva
11/06/14 Çap et