Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda 5 ay ərzində elektron ticarətin həcmi 1 milyon manatı ötüb
Azərbaycan Dövlət Statistika Komitəsi növbəti dəfə elektron ticarətin həcmini açıqlayıb.
Komitədən verilən məlumata görə, cari ilin beş ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-may aylarına nisbətən 20,6 faiz artaraq 1,1 milyon manat təşkil edib.
Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 79,7 faizini hüquqi, 20,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,8 faizini qeyri-ərzaq malları təşkil edib.
CAHANGİR
11/06/14 Çap et