Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan və NATO arasında Planlaşdırma və Analiz Prosesi çərçivəsində növbəti görüş keçirilib


NATO və Azərbaycan arasında Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində Siyasi və Tərəfdaşlıqlar Komitəsində növbəti görüş keçirilib.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, iyunun 10-da NATO-nun mənzil-qərargahında baş tutan görüşdə,  Azərbaycan Respublikasından Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, NATO-nun üzv və dəvət olunmuş bir sıra tərəfdaş ölkələrin rəsmiləri, həmçinin NATO-nun Beynəlxalq və Beynəlxalq Hərbi Katibliyinin mütəxəssisləri iştirak edib.
 
Burada Azərbaycanda aparılan müdafiə islahatları, hərbi təlim və tədris, NATO qüvvələri ilə uyarlılıq, həmçinin ikitərəfli tərəfdaşlığa aid digər məsələlər müzakirə edilib və Azərbaycanın əməkdaşlıq sahəsində apardığı səylər və əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib.
 
 Eyni zamanda, Azərbaycan nümayəndə heyətinə daxil ola mütəxəssislərin NATO-nun Beynəlxalq və Beynəlxalq Hərbi Katibliyi, həmçinin Alyansın bir neçə üzv və tərəfdaş ölkələrin rəsmiləri ilə bir sıra spesifik əməkdaşlıq sahələrinin müzakirəsi məqsədilə ikitərəfli işçi görüşləri də baş tutub.
 
 
SEYMUR
 
 
 
 
 




11/06/14    Çap et