Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnfarkt riskini azaldan vaksin yaradılıb


“The Daily Telegraph” nəşri yazır ki, Harvard Universitetinin alimləri infarkt riskini azaldan vaksin hazırlayıblar.

"Bizim terapiyamız genə təsir göstərir" – tədqiqat rəhbərlərindən biri olan professor Kiran Musunuru deyib. Təcrübələr siçan üzərində aparılıb. Bir neçə gün ərzində alimlər heyvanın qanındakı xolesterinin səviyyəsini 40%-ə salmağa nail olublar.

"Hesablamalarımıza görə, vaksin infarkt riskini 30-dan 90%-dək  azaltmağa qadirdir".  Musunuru bildirib ki, preparat PCSK9 geninin mutasiyasının xüsusi formasının öyrənilməsi əsasında yaradılıb.
 
Mütəxəssislərin fikrincə, infarkt riskini azaltmaq üçün peyvənd 10 il ərzində kütləvi istifadə üçün əlçatan olacaq.
 
Emil Hüseynov




11/06/14    Çap et