Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ildə planetin əhalisinin 25%-i smartfondan istifadə edəcək
"eMarketer" analitik şirkətinin araşdırmasına əsasən, 2014-cü ilin sonunadək smartfon istifadəçilərinin sayı ötən illə müqayisədə 25% artaraq təxminən 1,76 milyard insan təşkil edəcək.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, analitiklərin proqnozuna görə, 2017-ci ilədək artıq dünyada yaşayan insanların 33%-i daima smartfonlardan istifadə edəcəklər.
Tədqiqata əsasən, smartfon istifadəçilərinin 951 milyonu Asiya-Sakit okean regionunun payına düşür. Avstraliyada ölkə əhalisinin 50%-i 2013-cü ildə daima smartfondan istifadəyə başlayıblar. Cənubi Koreyada yaşayanların 50%-i hələ 2012-ci ildən bu qurğulardan daima istifadəyə başlayıblar.
Çin hazırda smartfon istifadəçilərinin sayına görə dünyanın ən böyük ölkəsidir, 2014-cü ildə onların sayı 521,7 milyon insan təşkil edəcək. Amma yalnız 2018-ci ilədək Çin əhalisinin 50%-i daima smartfonlardan istifadə edəcək.
İlin sonunadək 196,6 milyon smartfon istifadəçisi Qərbi Avropa regionunun payına düşür.
Emil Hüseynov
12/06/14 Çap et