“Azərbaycanda internetin bu günü və sabahı” forumu keçirilir
Mingəçevirdə Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü ilə bağlı, "Aztelekom" İstehsalat Birliyinin təşkilatçılığı ilə "Azərbaycanda internetin bu günü və sabahı" adlı forum keçirilir.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin tərəfdaş qismində çıxış etdiyi forum Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi və nümayəndələrinin iştirakı ilə baş tutur.
Forumda Milli Məclisin deputatları Aydın Mirzəzadə, Azər Badamov və Tahir Rzayev, yerli idarəetmə orqanlarının, əsasən gənclərlə işləyən qeyri-hökumət təşkilatlarının, regionda fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin, İKT sahəsində ixtisaslaşmış regional müəssisə və təşkilatların, həmçinin, regionda xidmət təklif edən özəl internet provayderlərinin nümayəndələri iştirak edir.
Qeyd edək ki, forum
canlı yayımlanır.