Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda “IDC IT Security and Datacenter Transformation Roadshow 2014” keçirilir
Bu gün Bakıda “IDC IT Security and Datacenter Transformation Roadshow 2014” işə başlayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirin açılışında Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “IDC” şirkəti ilə əməkdaşlığın Azərbaycanda İKT sahəsinin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib və nazirliyin həyata keçirdiyi genişmiqyaslı layihələr və gələcək prioritet inkişaf istiqamətləri haqda danışıb.
“IDC”-nin Mərkəzi Asiya və Azərbaycan üzrə regional direktoru Andrey Beklemişev öz növbəsində internetin inkişafı ilə informasiya təhlükəsizliyinin önəminin artmasını və rəqabətliliyin əsas tərkibinə çevrildiyini qeyd edib.
Tədbirdə “IDC”-nin baş təhlilçisi Mixail Popov “Mühafizə səviyyəsinin təhlili və boşluqların aşkarlanmasının testləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans çərçivəsində eyni zamanda “HP ESP həlləri vasitəsi ilə risklərin idarəedilməsi və uyğunluğun təmin edilməsi”, “Müasir mühafizə və məlumatların maksimal əlçatımlığı”, “Əhəmiyyətli biznes məlumatların mühafizəsi”, “Nəqletmənin və məsafədən emalın təhlükəsizliyi” və s. mövzularda “Softline”, “HP”, “Vision Solutions”, “Vmware”, “Veeam Software”, “İnfoWatch”, “Kingston” şirkətlərinin rəhbərlərinin məruzələri təqdim edilib.
Aynur Vəliyeva
12/06/14 Çap et