Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yapon şirkətləri 8K təsvir ölçüsündə “OLED” monitor hazırlayıblar
"Sharp" şirkəti bu həftə başqa istehsalçılarla əməkdaşlıq şəraitində 8K təsvir ölçüsündə işləyə bilən 13 düymlük "OLED" ekran nümayiş etdiriblər. Ekran "Sharp Semiconductor Energy Lab" və "Advanced Film Devices" şirkətlərinin laboratoriyasında hazırlanıb. Nümayiş etdirilmiş ekranın təsvir ölçüsü 7680x4320 və piksel sıxlığı 664 ppi təşkil edir. Bu, "Apple" şirkətinin "Retina" ekranının göstəricisini dəfələrlə ötür.
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 8K təsvir ölçülü ekranlar 4K-nın varisidir, ancaq sonuncular hələ ki yenicə kommersiya məqsədilə istifadə edilir.
Emil Hüseynov
12/06/14 Çap et