Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda dövlət elektron xidmətləri “bulud” texnologiyaları üzərindən təqdim ediləcək
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Elektron hökumət” proqramı çərçivəsində dövlət elektron xidmətlərini “bulud” texnologiyaları üzərindən göstərməyə başlayır.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin elektron xidmətlərə olan çıxışını mümkün qədər asanlaşdırmaq niyyətindədir.
Hazırda ölkənin bütün regionlarından olan insanların elektron xidmətlərdən istifadəsini asanlaşdırmaq, dövlət qurumlarına müraciət üçün məsrəfləri azaltmaq məqsədi ilə əhaliyə mobil və stasionar qurğulardan elektron xidmətlərə çıxış imkanı yaradılıb.
Aynur Vəliyeva
12/06/14 Çap et