Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt mübadiləsində yenilik


İyul ayının 1-dən etibarən Bakı şəhərində poçt göndərişləri (məktub, bağlama, banderol və s.) poçt şöbələrinə “Azərpoçt” MMC-nin Poçtun Daşınması Mərkəzi (PDM) tərəfindən çatdırılacaq.
Bu barədə İCTNews-ə məlumat verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədov bildirib ki, yeniliyin tətbiqi ilə poçtun bir mərkəzdən şəhərin bütün şöbələrinə daha operativ, itkisiz çatdırılması təmin olunacaq. Bu, həm də elektron qeydiyyatın həyata keçirilməsinə şərait yaradacaq. Bu məqsədlə PDM dünya standartlarına uyğun muasir avtomobillər alıb.
Qeyd edək ki, indiyədək Bakının poçt filialları özləri poçt göndərişlərini PDM-dən götürüb tabe poçt şöbələrinə çatdırırdılar .




06/06/11    Çap et