Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti öz smartfonlarında daha 1.5 il “Nokia” brendindən istifadə edəcək


“Microsoft” şirkəti “Windows Phone” və “Android” ilə işləyən smartfonlarında “Nokia” brendindən daha 1.5 il istifadə edə bilər. Bu haqda proqram nəhənginin marketoloqları üçün nəzərdə tutulmuş korporasiyanın daxili qeydində bildirilib.

Xatırladaq ki, “Microsoft” cari ilin aprelində Finlandiyanın “Nokia” şirkətinin smartfon biznesini satın alıb. “Microsoft” və “Nokia” şirkətləri arasında saziş ikili xarakterlə bağlanılıb: “Microsoft” şirkəti indiki “Lumia” smartfonlarında "Nokia" adını yazır, hərçənd “Nokia”nın  bu smartfonlarla əlaqəsi yoxdur. Digər tərəfdən, bu smartfonlarda “Nokia Here” kimi xidmətlər istifadə olunur və bu, “Nokia” şirkətinə məxsusdur.

“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Microsoft”un daxili sənədinə əsasən, “Nokia” brendi 2015-ci ilin dekabrınadək “Lumia və “X” (Android əsasında) smartfonlarından götürüləcək, amma S40 telefonlarında istifadə olunacaq. Bu halda, “Lumia” ticarət markası 2015-ci ilin dekabrından sonra da “Microsoft”un smartfonlarında istifadə ediləcək.

Emil Hüseynov
 
 
 
 




13/06/14    Çap et