Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rumıniyalı haker Buşun elektron poçtuna müdaxilədə ittiham olunub
ABŞ hakimiyyəti rumıniyalı hakeri yüksəkvəzifəli dövlət məmurları və keçmiş prezidentin qohumlarının “Facebook” hesablarına müdaxilədə ittiham edib. Bu haqda “Associated Press” agentliyi məlumat yayıb.
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ittihamçıların məlumatına görə, “Guccifer” kimi tanınan Marçel Lehel Lazar Buş ailəsinin məxfi şəkillərinin internetdə qanunsuz nəşri ilə bağlı qalmaqallı hadisə ilə yaxından bağlıdır.
Virciniyada hakimlərin böyük əksəriyyəti 42 yaşlı kompüter mütəxəssisinə qarşı fırıldaqçılıq, kompüterə icazə verilməmiş giriş, kompüterin köməyilə qanunsuz şəxsi həyatı izləmə halları ilə bağlı ittiham irəli sürüb.
İttihamnamədə yazılıb ki, 2012-ci ilin sonundan 2014-cü ilin yanvarınadək müddətdə Lazar Nazirlər Kabinetinin keçmiş üzvü, prezidentin keçmiş məsləhətçisi, həmçinin hər iki keçmiş prezidentlə bağlı insanın “Facebook” hesablarına müdaxilə edib. Amma bu şəxslərin adı sənəddə qeyd edilməyib.
Hazırda Lazar həbs edilib və Avropa həbsxanalarından birində cəzasını çəkir.
Emil Hüseynov
13/06/14 Çap et