Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda "Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda “dəyirmi masa” keçiriləcək
Bakıda iyunun 25-də "Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat" mövzusunda "dəyirmi masa" keçiriləcək.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura və Multimedia Mərkəzi tərəfindən təşkil olunur.
"Dəyirmi masa" ətrafında müzakirələr Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Elektron hökumət" portalı ilə əməkdaşlıq şəraitində keçiriləcək.
Tədbirdə mövcud elektron xidmətlərdən istifadənin populyarlıq səviyyəsi, elektron xidmətlərin təqdim edilməsi prosesində vətəndaşların rahatlığı və xidmətin operativliyinin təmin edilməsi, rəsmi saytlarda xidmətin keyfiyyətinin vətəndaş tərəfindən qiymətləndirilməsi imkanlarının mövcudluğu, vətəndaşlar arasında elektron xidmətlərlə bağlı məlumatlılıq səviyyəsi ilə bağlı müzakirələr aparılacaq.
Aynur Vəliyeva
13/06/14 Çap et