Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondu kotirovka sorğusu elan edib


Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondunun elektron poçt sisteminin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə kotirovka sorğusu elan edib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bu məqsədlə bank "CommuniGate-Pro" proqram təminatının alınması və quraşdırılması üzrə xidmətlərin satın alınması kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
 
Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər iyunun 23-dək qəbul olunur. Maraqlanan təşkilatlar 441-24-23 (daxili nömrə 133) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Aynur Vəliyeva




13/06/14    Çap et