Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Intel” korporasiyası Kaliforniyada “ağıllı” şəhər yaradacaq


“Intel” şirkəti San-Xoseni dünyanın ilk "ağıllı" şəhərinə çevirməyi planlaşdırır, çoxsaylı ötürücülərə malik kompüterlər bütün infrastrukturu idarə edəcək.
 
“ICTnews" elektron xəbər xidməti “unian.net” saytına istinadən bildirir ki, "ağıllı şəhər" sistemi şəhər həyatındakı (avtomobil trafikindəki kiçik dəyişiklik, su və enerji sərfiyyatı, həmçinin başqa detallar) ən kiçik dəyişiklikləri izləməyə imkan verir.
 
Toplanılmış informasiya vəziyyətə operativ reaksiya verən ən güclü kompüterlər tərəfindən emal edilir və məlumatları bələdiyyə xidmətlərinin əməkdaşlarına göndərir.
 
Emil Hüseynov
 




14/06/14    Çap et