Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2016-cı ilədək “4K” televizorlar bazarın 40%-nə sahiblənəcək
“4K” televizorlar yüksək qiymətinə və “Ultra HD” formatında televiziya yayımı ilə təchiz edilmədiyinə görə az tələbatlı məhsul sayılır. Bununla belə, “Morgan Stanley” analitiklərinin proqnozuna görə, yaxın iki ildə vəziyyət köklü surətdə dəyişəcək.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, 2015-ci ildə 3840 x 2160 piksel təsvir ölçülü UHD televizorların nüfuzetmə səviyyəsi 25%-ə çatacaq, daha iki il sonra belə modellər dünya bazarının 40%-nə sahiblənəcək. Həmçinin gözlənilir ki, 2015-ci ilədək “4K” TV-nin orta qiyməti 999 ABŞ dollarından 668 dollaradək azalacaq.
Ultrayüksək dəqiqlikli televizorların populyarlaşması və qiymətinin azalması bu modellərin buraxılışının həcminin artması və televizor istehsalçıları arasında rəqabətlə bağlıdır. Mütəxəssislər həmçinin hesab edirlər ki, “4K content” və axın yayımı xidmətlərinin inkişafı ilə əlaqədar daha çox operator ultrayüksək dəqiqlikli formata keçəcək.
Emil Hüseynov
17/06/14 Çap et