Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa və Cənubi Koreya 2015-ci ilin sonunadək “5G” şəbəkə konsepsiyasını hazırlayacaq


Avropa Birliyi və Cənubi Koreyanın aparıcı mütəxəssisləri yeni nəsil “5G”  simsiz şəbəkələrinin tətbiqi və hazırlanması sahəsində əməkdaşlığa razılaşıblar.
 
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, bu haqda  yaxınlarda xarici mətbuatda məlumat yayılıb.
 
Qeyd edək ki, Avropa Birliyi “5G” şəbəkələrinin inkişafında maraqlıdır və bu həllin hazırlanmasına bir neçə milyard avro ayırıb. Cənubi Koreyada isə mobil elektronika buraxılışı ilə məşğul olan bir çox nəhəng şirkətlər yerləşir. Beləliklə, Avropa Birliyi və Cənubi Koreyanın əməkdaşlığı fayda gətirə bilər, amma “5G” şəbəkələrinin hazırlanması ilə Çin də aktiv məşğul olur.
 
Emil Hüseynov
 
 
 




17/06/14    Çap et