Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüter oyunları üzrə IX Milli Çempionatın qeydiyyatı başlandı


Kompüter oyunlarında IX Çempionat üçün qeydiyyat bölməsi açılıb. Qeydiyyatdan keçmək üçün müvafiq ərizə formasını yükləyib və onu dolduraraq "cybersport2014@gmail.com" elektron ünvanına göndərməyiniz tələb olunur.
 
 
Nəzərinizə çatdırırıq ki, komanda (DOTA 2) və ya fərdi (FIFA 14, HearthStone, Super Street Fighter IV Arcade Edition 2012, Star Craft II: Heart of Swarm və Tekken Tag Tournament 2) oyunların anketləri bir-birindən fərqlənir. Qeydiyyat anketlərini yalnız komandaların kapitanları doldurmalıdır. Ərizələr iyul ayının 6-dək qəbul olunur.
 
Ərizə formaları:
 
Kişilər fərdi - http://cybersport.az/tournaments/2014/reg/RegistrationForm2014Kisiler.doc
 
Qadınlar fərdi - http://cybersport.az/tournaments/2014/reg/RegistrationForm2014Qadinlar.doc
Kişilər komanda –
 
http://cybersport.az/tournaments/2014/reg/TeamRegistrationForm2014Kisiler.doc
 
Qeyd edək ki, Kompüter Oyunları üzrə IX Azərbaycan çempionatında iştirak etmək üçün zonalar üzrə ayrılan kvotaların sayı müəyyənləşib.
 
 Belə ki, Bakı: hər komanda oyunu üzrə 4, hər fərdi oyun üzrə 4 kvota; Abşeron zonası: hər komanda oyunu üzrə 2, hər fərdi oyun üzrə 2 kvota; Quba-Xaçmaz zonası: hər komanda oyunu üzrə 1, hər fərdi oyun üzrə 1 kvota; Lənkəran zonası: hər komanda oyunu üzrə 1, hər fərdi oyun üzrə 1 kvota; Dağlıq Şirvan zonası: hər komanda oyunu üzrə 1, hər fərdi oyun üzrə 1 kvota; Aran zonası: hər komanda oyunu üzrə 2, hər fərdi oyun üzrə 2 kvota; Gəncə-Qazax zonası: hər komanda oyunu üzrə 2, hər fərdi oyun üzrə 2 kvota; Şəki-Zaqatala zonası: hər komanda oyunu üzrə 1, hər fərdi oyun üzrə 1 kvota; Dağlıq Qarabağ və Kəlbəcər-Laçın zonası: hər komanda oyunu üzrə 1, hər fərdi oyun üzrə 1 kvota; Naxçıvan Muxtar Respublikası: hər komanda oyunu üzrə 1, hər fərdi oyun üzrə 1 kvota müəyyən edilib. Bakı zonasına Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı, Yasamal rayonları daxildir. Abşeron zonasına Sumqayıt şəhəri, Abşeron rayonu, Xızı rayonu daxildir.
 
Quba-Xaçmaz zonasına Xaçmaz rayonu, Quba rayonu, Qusar rayonu, Siyəzən rayonu, Şabran rayonu daxildir. Lənkəran, Astara rayonu, Cəlilabad rayonu, Lerik rayonu, Lənkəran rayonu, Masallı rayonu, Yardımlı rayonu daxildir. Dağlıq Şirvan Ağsu rayonu, İsmayıllı rayonu, Qobustan rayonu, Şamaxı rayonu, Ucar rayonu, Kürdəmir rayonu daxildir. Aran Ağcabədi rayonu, Ağdaş rayonu, Beyləqan rayonu, Biləsuvar rayonu, Bərdə rayonu, Göyçay rayonu, Hacıqabul rayonu, İmişli rayonu, Mingəçevir şəhəri, Neftçala rayonu, Saatlı rayonu, Sabirabad rayonu, Salyan rayonu, Şirvan şəhəri, Yevlax rayonu, Zərdab rayonu daxildir. Gəncə-Qazax zonasına Ağstafa rayonu, Daşkəsən rayonu, Gədəbəy rayonu, Gəncə şəhəri, Goranboy rayonu, Göygöl rayonu, Qazax rayonu, Naftalan rayonu, Samux rayonu, Şəmkir rayonu, Tovuz rayonu daxildir. Şəki-Zaqatala zonasına Balakən rayonu, Qax rayonu, Qəbələ rayonu, Oğuz rayonu, Şəki rayonu, Zaqatala rayonu daxildir. Yuxarı Qarabağ və Kəlbəcər-Laçın zonalarına Ağdam rayonu, Cəbrayıl rayonu, Füzuli rayonu, Xocalı rayonu, Xocavənd rayonu, Kəlbəcər rayonu, Qubadlı rayonu, Laçın rayonu, Şuşa rayonu, Tərtər rayonu, Zəngilan rayonu daxildir. Naxçıvan Muxtar Respublikasına Babək rayonu, Culfa rayonu, Kəngərli rayonu, Naxçıvan şəhəri, Ordubad rayonu, Sədərək rayonu, Şahbuz rayonu, Şərur rayonu daxildir. Zonalar üzrə seçmə mərhələsi da müəyyənləşib. Seçmə mərhələsi Bakı zonası üzrə Bakı şəhərində; Abşeron zonası üzrə Sumqayıt şəhərində; Quba-Xaçmaz zonası üzrə Qusar  şəhərində; Lənkəran zonası üzrə Astara şəhərində; Dağlıq Şirvan zonası üzrə Ucar şəhərində; Aran zonası üzrə Ağdaş  şəhərində; Gəncə-Qazax zonası üzrə Şəmkir şəhərində; Şəki-Zaqatala zonası üzrə Şəki şəhərində; Yuxarı Qarabağ və Kəlbəcər-Laçın zonaları üzrə Bakı şəhərində; Naxçıvan Muxtar Respublikası üzrə isə Naxçıvan şəhərində keçiriləcək.
 
Yeri gəlmişkən, Kompüter oyunları üzrə 6-cı Dünya çempionatı Bakıdakı "Crystall Hall"-da noyabr ayının 12-dən 17-dək keçiriləcək. Biletlərin pulsuz olması gözlənilir.
 
 
Həqiqət İSABALAYEVA




17/06/14    Çap et