Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan ərazisində quru ərazidə daha 5 telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiya quraşdırılacaq


Azərbaycan ərazisində seysmik müşahidə şəbəkəsini genişləndirmək məqsədi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən quru ərazidə daha 5 telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur.
 
Yeni seysmik stansiyalar Xızı, Daşkəsən, Neftçala, Tovuz və Ağdaş rayonlarının ərazisində tikiləcək. Artıq yeni stansiyaların yerlərinin seçilməsi prosesi başa çatıb. AMEA nəzdində RSXM-in İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızının sözlərinə görə, yeni stansiyaların açılması respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətini   daha da yüksəldəcək.
 
Hazırda ölkə ərazisində ABŞ-ın “Kinemetrks” şirkətinin istehsalı olan 35 telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyalar fəaliyyət göstərir. Bu stansiyalar vasitəsi ilə bütün dünya ölkələrində baş verən zəlzələləri qeydə almaq mümkündür.


 
Həqiqət İSABALAYEVA




17/06/14    Çap et