Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti “Siri” həllinin istehsalçısını satın almaq istəyir
Nitqin tanınması texnologiyası üzrə ən böyük istehsalçılardan biri “Nuance Communications” potensial alıcı ilə danışıqlar aparır. “The Wall Street Journal” nəşrinin məlumatına görə, şirkət öz müştərilərindən biri – “Samsung” şirkəti, həmçinin yaxın şəxsi investisiya fondu ilə sazişi müzakirə edib.
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, 1992-ci ildə əsası qoyulmuş “Nuance” texnologiyaları bir çox qurğularda (smartfon, televizor, GPS-naviqatorlar və s.) tətbiq edilib. Kompüterdə mətnin imla əsasında yığılması paketi (“Dragon Naturally Speaking”) şirkətin qabaqcıl məhsuludur.
“Nuance” şirkətinin proqram təminatı, əsasən “Samsung”un məhsullarında geniş tətbiq olunub.
Bundan başqa, “Nuance” şirkətinin həlləri “Apple” şirkətinin smartfonlarına quraşdırılmış “Siri” səs köməkçisində fəal tətbiq edilib.
Emil Hüseynov
17/06/14 Çap et