Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Britaniyalı dizayner simsiz yükləmə qurğusu ilə təchiz edilmiş şalvar nümayiş etdirib
Britaniyalı geyim dizayneri Adrian Savaj qeyri-adi şalvar modelini nümayiş etdirib. "Microsoft" şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanmış şalvarlar yalnız qarderob predmeti deyil, həm də daşınan yükləmə qurğusu rolunu oynayır.
"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, qeyri-adi şalvarlar üzərində işlərə hələ 6 ay bundan əvvəl başlanılıb. Savaj deyib ki, öz həllinin bazara çıxarılmasında son dərəcə maraqlıdır, çünki onun smartfonunun enerjisi gün ərzində tez-tez boşalır. Şalvarların qiyməti hələlik məlum deyil, hərçənd modelyer deyib ki, 340 dolları ötəcək. Tezliklə sözügedən şalvarları "Amazon" onlayn-mağazasından satın almaq mümkün olacaq.
Qeyd edək ki, Savaj heç bir texniki yenilik etməyib, yalnız "Nokia" şirkətinin simsiz yükləmə qurğuları yaradılması sahəsindəki həllərindən istifadə edib. O, şalvarın cibinə "Nokia DC-50" enerjidoldurma panelini yerləşdirib.
Emil Hüseynov
18/06/14 Çap et