Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
MTRŞ daha iki teleradio qurumunun lisenziyasını müddətini 6 il uzadıb
Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. İclasda “AG” Telekom MMC-nin kabel şəbəkəsi yayımı üçün və “Faraon-1” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.
MTRŞ “Televiziya və radio yayımı haqqında” qanunun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq “AG” Telekom MMC-nin kabel şəbəkəsi yayımı üçün və “Faraon-1” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün lisenziya müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.
22/08/11 Çap et